VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, açılış mərasimini gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva izləyiblər.
Əl-Cənadriyah Hipodromunda təşkil olunan tədbirdə əvvəlcə indiyədək yarışa ev sahibliyi etmiş ölkələrin adları böyük ekranda nümayiş etdirilib. Onların arasında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının ev sahibliyi etdən Azərbaycan da yer alıb.
Səudiyyə Ərəbistanının tarixi irsini, İslam mədəniyyətinin müxtəlifliyini və müasir inkişafını əks etdirən xüsusi səhnə, dronlarla işıq şousu və mədəni kompozisiyalardan sonra rəsmi parad olub.
Paradda ölkələrin nümayəndə heyətləri bayraqları ilə yürüş ediblər. Azərbaycan komandası paraddan birinci keçib. Üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparıb.

Sonra İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Prezidenti, Şahzadə Abduləziz bin Turki Al-Faysal, Ər-Riyad 2025 İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çıxış edib.

O, İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında dostluq, qarşılıqlı hörmət və həmrəylik bağlarının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Oyunlarda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək və idmançılar medallar uğrunda mübarizə aparacaqlar.

Ardınca açılış mərasimində Oyunlarda iştirak edən ölkələrin bayraqları meydana gətirilib və Oyunlar açıq elan olunub.
Sonda mərasim atəşfəşanlıqla başa çatıb.

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib - FOTO