Şimali Koreya lideri Kim Çen-İn bir müddətdir ki, müəyyən edilmiş sərt şərtlərlə ölkədə İngiltərə Premyer Liqasının oyunlarının yayımlanmasına razılıq verib.
Olimpnews.az xəbər verir ki, oyunların yayımı prosesi isə maraqlı şərtlər əsasında olacaq. Belə ki, matçlar canlı yayımlanmayacaq və yalnız öncədən redaktə edildikdən sonra efirə veriləcək. Hər oyun 90 dəqiqə əvəzinə 60 dəqiqəlik versiyada yayımlanacaq.
Stadionda görünən bütün ingiliscə yazılar efirdə Şimali Koreyaya məxsus qrafiklərlə əvəz olunacaq.
Həmçinin Cənubi koreyalı futbolçuların yer aldığı bütün kadrlar da tamamilə silinəcək.
Çimali Koreya lideri Premyer Liqa oyunlarının yayımına icazə verdi - amma bu şərtlərlə


