Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında XV turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Saat 16:00-da "Abşeron" "Murov Az Terminal"la üz-üzə gələcək. Saat 18:00-da isə "DH Volley" və "Gəncə" komandaları meydana çıxacaq.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.
Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.


