Bakıda İdman Dırmanması üzrə Dünya Kuboku keçiriləcək

Bakıda İdman Dırmanması üzrə Dünya Kuboku keçiriləcək

Bu il 3-4 may tarixlərində Bakı şəhərində Dövlət Bayraq Meydanı yaxınlığında İdman Dırmanması üzrə Dünya Kuboku yarışı keçiriləcək.
Yarış Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd edək ki, Dünya Kuboku yarışlarına hazırlıq məqsədi ilə FAİREX-in dəvəti ilə Türkiyədən gəlmiş yüksək ixtisaslı hakimlər tərəfindən idmançılara hakimlik kursu keçilib və 40 nəfərə yaxın idmançıya beynəlxalq yarışları idarə etmək hüququ üzrə sertifikat verilib.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya Kuboku yarışı 22-23 iyun 2013-cü il tarixlərində keçirilib. Beynəlxalq federasiyalar və əcnəbi idmançılar keçən il keçirilən yarışın təşkilatçılığına yüksək qiymət verərək bu il də Dünya Kuboku yarışının Bakı şəhərində keçirilməsini tövsiyə və xahiş ediblər.