Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib

Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib

Olimpiya dünyası

11.05.2026, 20:35

Mayın 11-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən seçkilərdə Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin ən gənc yeni prezidenti seçilib.

Olimpnews.az xəbər verir ki, vəzifəyə üç namizəd irəli sürülsə də, səsvermə günü siyahıda yalnız A.Omorkanov qalıb. Bundan əvvəl namizədlər arasında Voleybol Federasiyasının prezidenti Elmurza Satıbaldıyev və Qırğızıstan Futbol İttifaqının birinci vitse-prezidenti Nurdin Bukuyev də var idi.

29 yaşlı A.Omorkanov 2021-ci ildən vitse-prezident vəzifəsini tutur və Beynəlxalq Buzüstü Hokkey Federasiyası (IIHF) Şurasının üzvüdür. Bundan əlavə, o, Qırğızıstan Hokkey Federasiyasının baş katibidir. O, həmçinin triatlon üzrə idman ustası, velosiped idmanı üzrə idman ustalığına namizəd, Ironman və Ironman 70.3 məsafələrində Qırğızıstanın rekordçusudur. 2020-ci ildə o, öz yaş kateqoriyasında Ironman 70.3 dünya reytinqində birinci yeri tutub.

MOK-un əvvəlki prezidenti Umbetalı Kıdıralıyev Paris Olimpiya Oyunlarından sonra öz xahişi ilə istefa verərək, bu ilin mart ayında vəzifəsindən ayrılmışdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR