UEFA prezidenti: «Yəqin ki, mövsüm tamamlanmayacaq»

UEFA prezidenti: «Yəqin ki, mövsüm tamamlanmayacaq»

UEFA prezidenti Aleksandr Çeferin Avropa futbolunda mövsümün davamı ilə bağlı planlarını bölüşüb. "La Repubblica"nın yaydığı xəbərdə deyilir ki, qurumun rəhbəri bu mövsüm üçün üç seçim olduğunu söyləyib. «Üç seçim var, mayın ortası, iyun və ya iyulunda sonunda yenidən turnirləri bərpa etmək. Əgər bunu reallaşdıra bilməsək, yəqin ki, mövsüm tamamlanmayacaq. Yaxud növbəti mövsümün daha gec başlanması şərti ilə hazırkı mövsümü bitirmək olar. Liqalar və klublar üçün ən yaxşı yolun hansının olacağını nəzərdən keçiririk", - deyə Çeferin bildirib.