"Yuventus"  Ronaldu ilə vidalaşır?

"Yuventus"  Ronaldu ilə vidalaşır?

"Yuventus" portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə yollarını ayıra bilər. Səbəb Turin klubunun pandemiya səbəbindən qarşılacağı maliyyə böhranı ilə əlaqədardır. Əgər vəziyyət qeyri-qənaətbəxş olarsa, "Qoca Sinyora" Ronalduya məvacib ödəmədə çətinlik çəkəcək. Hazırda klub rəsmiləri heyətdəki futbolçuların maaşlarını azaltmaq variantını nəzərdən keçirir. Məlumat üçün bildirək ki, Ronaldu "Yuventus"da ilinə 31 milyon avro qazanır.