"Sağsağanlar" məzuniyyətə yollanıb

"Sağsağanlar" məzuniyyətə yollanıb

"Nyukasl"ın rəhbərliyi klubun heyətinin əksər üzvlərini məzuniyyətə göndərib. BBC-nin yaydığı məlumatda bildirilir ki, "sağsağanlar" aprel sonlarına məzuniyyətə gondərdiyi heyətin üzvlərinə əmək haqqını 100 faiz ödəyəcək. "Nyukasl" rəsmiləri bildiriblər ki, əgər klub nümayəndələrindən hər hansı biri karantin rejimini pozarsa, ciddi cəzalanacaq və məvacibdən məhrum olacaq.