BOK türkiyəli atletin nəticəsini ləğv etdi

BOK türkiyəli atletin nəticəsini ləğv etdi

Türkiyəli atlet Gülcan Mınqırın 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının nəticəsi ləğv olunub. İdmançıya bu cəza​ 3 min​ metr maneələrlə məsafəyə qaçış üzrə yarışan atletə antidopinq qaydalarını pozduğu üçün verilib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidmətindən verilən məlumata görə​ nümunələrin təkrar yoxlanılmasından​ sonra atletin​ qanında qadağan edilmiş maddə aşkar edilib.

Qeyd edək ki, 30 yaşlı Gülcan Mınqır London Oyunlarında ikinci təsnifat yarışında 10-cu yerə layiq görülərək, final mərhələsinə vəsiqə qazanmayıb. Atlet 2012-ci il Avropa çempionatının, 2011-ci ildə 23 yaşadək idmançılar arasında Avropa çempionatının qalibidir. O, həmçinin Kazanda keçirilən Universiadanın bürünc mükafatçısıdır.