Məşhur yarış tarixdə ilk dəfə ləğv olundu

Məşhur yarış tarixdə ilk dəfə ləğv olundu

Atletika üzrə nüfuzlu Berlin marafonu ləğv edilib.​​ Almaniyadakı yarışın təşkilatçıları koronavirus pandemiyası səbəbindən builki marafonu keçirməməyə qərar veriblər. Qırx altı ildir fasiləsiz təşkil olunan yarış ilk dəfə keçirilməyəcək.

Qeyd edək ki, Berlin marafonu sentyabrın 26-27-nə planlaşdırılmışdı. Daha əvvəl isə ABŞ-da keçirilməsi planlaşdırılan Boston və Nyu-York marafonları da ləğv olunub.