Uqandalı atletden yeni dünya rekordu

Uqandalı atletden yeni dünya rekordu

Uqandalı atlet Coşua Çepteqei Monakoda keçirilən Zümrüd Liqasında 5000 metr məsafəyə qaçış yarışında yeni dünya rekordu müəyyənləşdirib.
23 yaşlı idmançı bu məsafəni 12 dəqiqə 35,36 saniyəyə qət edib. Əvvəlki rekord efiopiyalı atlet Kenenisa Bekeleyə məxsusdur. O, 2004-cü ilin mayında bu məsafəni 12 dəqiqə 37,35 saniyəyə qət etmişdi.
K.Çepeqeti 2019-cu ildə keçirilmiş dünya çempionatının qalibidir. O, 2017-ci ildə dünya çempionatında 10 min metr məsafəyə qaçış yarışında gümüş medala sahib olub.