«Dünyanın ən sürətli idmançısı» koronavirusa yoluxdu

«Dünyanın ən sürətli idmançısı» koronavirusa yoluxdu

Qaçış üzrə dünya rekordçusu, Olimpiya çempionu Useyn Bolt koronavirusa yoluxub.
Bu barədə Yamaykanın Səhiyyə Nazirliyi açıqlama verib.
Qeyd olunur ki, yamaykalı ulduzun koronavirus testi müsbət nəticələnib. Nəticə məlum olduqdan sonra U.Bolt özünütəcrid rejiminə keçdiyini bildirib.
U.Boltun bir neçə gün əvvəl 34-cü doğum gününü qeyd etdiyi təmtəraqlı məclisdən sonra yoluxduğu deyilir.