Bakı Kəndlər Futbol Federasiyasının prezidenti AFFA tərəfindən təlif olundu

Bakı Kəndlər Futbol Federasiyasının prezidenti AFFA tərəfindən təlif olundu

Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Bakı Kəndlər Futbol Federasiyasinin prezidenti Vaqif Davudov AFFA tərəfindən təşəkkürnamə ilə təltif olunub. Təcrübəli mütəxəssis futbolda uzun müddətli səmərəli fəaliyyətinə, A.A.Banişevskinin 75 illik yubileyi, Banişevski turnirin 25 illiyi və Bakı Kəndlər Futbol Federasiyasının 15 illiyi münasibətilə mükafatlandırılıb.

Göstərilən diqqət və qayğıya görə AFFA rəhbərliyinə minnətdarlığını bildirən Vaqif Davudov gələcək illərdə də bu cür yarışların təşkil olunacağını, yeniyetmə və gənclərin futbola marağının artamasında və kütləviliyin təmin olunmasında əlindən gələni edəcəyini bildirib.