Dünya çempionatı koronavirusa görə ləğv edildi

Dünya çempionatı koronavirusa görə ləğv edildi

Bu il Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan para-atletika üzrə dünya çempionatı ləğv edilib. Beynəlxalq Paralimpiya Komitəsi (IPC) bu barədə milli paralimpiya komitələrinə məlumat verib.
Yarış koronavirusun yayılması təhlükəsi səbəbindən ləğv olunub. IPC mundialın 2024-cü ildə təşkilini nəzərdən keçirir.
Qeyd edək ki, dünya çempionatı 26 avqust - 4 sentyabrda keçirilməli idi.