Messidən daha bir rekord

Messidən daha bir rekord

Argentinalı futbolçu Lionel Messi braziliyalı üçqat dünya çempionu Pelenin mundialların pley-off mərhələlərində ən çox assist etmə rekordunu yeniləyib. Argentinalı ulduz ötən gecə 1/4 finalda Niderlandla oyun zamanı buna nail olub. Məhz onun ötürməsindən sonra Nahuel Molinanın 35-ci dəqiqədə fərqlənərək Argentinanı hesabda önə çıxarmışdı. Bu Messinin pley-offlarda 5-ci məhsuldar ötürməsi olub. Ona qədər isə Pele 4 qol ötürməsi ilə yadda qalmışdı. Messi mundialların bütün mərhələlərində ümumi assist saynı isə 7-yə çatdırıb. Bununla o, hazırda Qjeqoj Lato (Polşa) və Pyer Littbarski (Almaniya) ilə birlikdə ikinci sıranı bölüşdürür. Argentina yığmasının kapitanı hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan 1 assist geri qalır.

Maradona mundiallarda aktivinə 8 qol ötürməsi yazdırıb.

Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderland millisini penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.