"Mən komandamla qürur duyuram"

"Mən komandamla qürur duyuram"

Mərakeş yığma komandasını baş məşqçisi Valid Reqraqi Portuqaliya ilə görüşdən sonra (1:0) fikirlərini bildirib. «Mən komandamla qürur duyuram. Yusuf Əl Nesiriyə həmişə inanmışam. Mərakeşli jurnalistlər onun barədə yaxşı fikirdə olmayanda, mən onu müdafiə edirdim. O, bütün azarkeşlərimizi sevindirən qolu vurmaqla, ona olan inamımı daha da artırdı. Görünür mən seçimimdə yanılmamışam. Hələ mübarizə davam edir. Biz hər oyundan-oyuna özümüzə daha çox inanırıq. Yalnız irəli, yalnız qələbə!», - deyə mərakeşli mütəxəssis bildirib.

 

 

Anar