Qətər-2022: Bu gün mundialın növbəti finalçısının adına aydınlıq gələcək

Qətər-2022: Bu gün mundialın növbəti finalçısının adına aydınlıq gələcək

Bu gün Qətərdə keçirilən futbol üzrə dünya çempionatında növbəti finalçının adına aydınlıq gələcək. "Al Bayt” stadionunda təşkil olunacaq oyunda Mərakeş və Fransa yığmaları üz-üzə gələcək. Meksikalı FIFA referisi Sezar Ramosun idarə edəcəyi qarşılaşmanın start fiiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək,

Xatırladaq ki, dekabrın 13-də keçirilmiş ilk yarımfinal oyununda Argentina millisi Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Qətər-2022nin qalibinin adına isə dekabrın 18-də "Lusail” stadionunda keçiriləcək final oyunundan sonra aydınlıq gələcək.