Yığma komandanın məşqçiləri ilə görüş keçirilib

Yığma komandanın məşqçiləri ilə görüş keçirilib

Azərbaycan Boks Federasiyasında (ABF) milli komandaların məşqçilər korpusu ilə görüş keçirilib. Görüşdə ABF prezidentinin müşaviri Samir Hüseynov, qurumun baş katibi Nağı Səfərov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov və texniki direktor Ravşan Xocayev iştirak ediblər. 

Tədbirdə 2024-cü il üçün təqvim planının tərtib edilməsi, milli komandaların formalaşdırılması, gələcək planlar, perspektivlər, lisenziya turnirlərinə və Paris Yay Olimpiya Oyunlarına hazırlıq müzakirə edilib. Həmçinin təlim-məşq toplanışları və yeni ildə təşkil olunacaq müxtəlif yaş qrupları üzrə Avropa çempionatları ilə bağlı fikir mübadiləsi aparılıb.