Boks gecəsi üçün iştirakçı kartları təsdiqləndi

Boks gecəsi üçün iştirakçı kartları təsdiqləndi

Səudiyyə Ərəbistanından olan promouterlər mayın 18-də Ər-Riyadda keçiriləcək boks gecəsi üçün iştirakçı kartlarını təsdiqləyiblər. Belə ki, gecənin əsas döyüşü ukraynalı Aleksandr Usik (21-0, 14) və britaniyalı Tayson Fyuri (34-0-1, 24) olacaq. Görüşün qalibi ağır çəkidə mütləq dünya çempionu adı uğrunda mübarizə aparacaq. Yarışda latviyalı Mairis Briedis (28-2, 20) və avstraliyalı Jai Opetaia (24-0, 19) namizəd olan IBF kreyser çəki dərəcəsində (90,7 kq-a qədər) mübarizə aparacaqlar.

İkinci yüngül çəkidə (59 kq-a qədər) IBF çempionu britaniyalı Co Kordina (17-0,9) irlandiyalı Entoni Kakase (21-1,7) ilə üz-üzə gələcək.

Kubalı ağır çəkili namizəd Frank Sançes (24-0, 17 KO) məğlubiyyətsiz davam edən almaniyalı Agit Kabayel (24-0, 16 KO) ilə rinqə çıxacaq.

Yüngül çəkidə (79,4 kq-a qədər) üçqat dünya çempionu, rusiyalı Sergey Kovalev (35-4-1, 29) birinci ağır çəkidə (90,7-yə qədər) isveçli Robin Səfərlə (16-0, 12) qarşılaşacaq.

Yüngül çəkidə britaniyalı (61,2 kq-a qədər) Mark Çemberleyn isə (15-0, 11) nigeriyalı Coşua Vahab (23-1, 16) ilə titulunu qormuğa çalışacaq.