Ancelloti azarkeşləri müjdələdi

Ancelloti azarkeşləri müjdələdi

Madrid "Real"ının baş məşqçisi Karlo Anselotti bildirib ki, klubun əsas  qapıçısı Tibo Kurtua La Liqanın 34-cü turu çərçivəsində "Kadis"lə matçda iştirak edə bilər. "Kurtua özünü yaxşı hiss edir. Düşünürəm ki, o, Kadislə oyuna hazır olacaq”, - deyə Carrusel Deportivo Ançelottidən sitat gətirib.

Qeyd edək ki 31 yaşlı belçikalı qapıçı 2023-cü ilin avqustunda dizindəki çarpaz bağın yırtılmasından sonra əməliyyat olunub.