Atletlərimizdən lisenziya turnirində növbəti uğur 

Atletlərimizdən lisenziya turnirində növbəti uğur 

Türkiyənin Antalya şəhərində keçirilən "Olimpik deneme" yarışında milli komandamızın üzvləri uğurlu çıxışını davam etdiriblər. Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci gəlib. Qadınların mübarizəsində Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Fəridə Rzayeva isə 3-cü yeri tutub. Üç təkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb. Toğrul Şahtatinski isə U 16 kateqoriyasında disk atma və nüvə itələmədə ən yüksək nəticə göstərərək hər iki növdə qızıl medallara sahib çıxıb.