Bu gün Azərbaycan Basketbol Liqasında “Sabah” və “Neftçi” komandaları arasında final seriyasının beşinci oyunu keçiriləcək.
"Olimpnews.az" xəbər verir ki, ilk dörd oyundan sonra bərabərliyin qeydə alındığı seriyada mübarizə getdikcə gərginləşir. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl keçirilən dörd oyunun ilk ikisində "Sabah" (94:89, 86:77) növbəti iki oyunda isə “ağ-qaralar” (79:76, 84:66) hesablı qələbə qazanmışdı. Hazırda komandaların mübarizəsində hesab 2:2-dir.
Liqanın qalibi adına ilk dörd qələbə qazanan komanda layiq görüləcək.
Basketbol Liqası: Final seriyasında gərginlik davam edir
