Modriçin sabah "Milan"ın futbolçusu olacaq 

Modriçin sabah "Milan"ın futbolçusu olacaq 

Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç "Milan"la müqavilə imzalayacaq. 

Olimpnews.az jurnalist Canluka Di Marzionun sözlərinə istinadən xəbər verir ki, "Milan" klubu 39 yaşlı xorvatiyalı futbolçu ilə iyulun 14-də müqaviləsini rəsmiləşdirəcək.

Qeyd edək ki, Modriç ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 62 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.