Skopye-2025-də iştirak edəcək atletlərimiz müəyyənləşdi

Skopye-2025-də iştirak edəcək atletlərimiz müəyyənləşdi

Şimali Makedoniyada keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) ölkəmizi təmsil edəcək atletlərimiz müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, komandamız atletika yarışlarında Rahib Məmmədov və Emil Şahtatinskinin rəhbərliyi altında 9 (6 oğlan, 3 qız) idmançı ilə təmsil olunacaq. Oğlanların yarışında Fərhad Quliyev (nüvəitələmə), Həmid Nəbiyev (100 m, 200 m məsafəyə qaçış), Əmir İsmayılov (uzunluğa tullanma, 110 m sədlərlə qaçış), Nihat Tağıyev (400 m məsafəyə qaçış), Toğrul Şahtahtinski (çəkicatma) və İsgəndər Əsgərov (800 m məsafəyə qaçış) mübarizə aparacaq. 
Qızların yarışında isə ölkəmizi Mələk Hüseynova (uzunluğa tullanma), Mədinə Hüseynzadə (400 m məsafəyə qaçış) və Safiya Kərimova (100 m, 200 m məsafəyə qaçış) təmsil edəcək. 
Qeyd edək ki, Skopye-2025-in atletika yarışlarına iyulun 21-də start veriləcək. Yarışlar Todor Proeski milli stadionunda keçiriləcək.