"Fənərbağça" Benfika"ya rəsmi təklif yolladı

"Fənərbağça" Benfika"ya rəsmi təklif yolladı

Türkiyənin "Fənərbağça" klubu Kerem Aktürkoğlu transferində israrlıdır. 
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi türkiyəli futbolçu üçün  Portuqaliyanın "Benfika" klubuna ilk rəsmi təklifini yollayıb. 
"Sarı-lacivərdlilər" futbolçu üçün 22,5 milyon avro + 2,5 milyon avro təklif edib. Portuqaliyalılar Türkiyə təmsilçisinə heç bir cavab verməyiblər.