Avarçəkənimiz beynəlxalq turnirdə bürünc medal qazandı

Avarçəkənimiz beynəlxalq turnirdə bürünc medal qazandı

Qazaxıstanda təşkil edilən akademik avarçəkmə üzrə Türküstan Kuboku beynəlxalq turnirinə yekun vurulub.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, Türküstan şəhərində keçirilən reqatada Nurlan Paşayev uğurlu nəticə əldə edib. Finalda finiş xəttini üçüncü keçən gənc idmançımız bürünc medala sahib olub.