Bu gün atletika üzrə Azərbaycan çempionatına start veriləcək  

Bu gün atletika üzrə Azərbaycan çempionatına start veriləcək  

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Azərbaycan çempionatı start götürəcək. İki gün davam edəcək yarışda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirdə 90 idmançı qüvvəsini sınayacaq. Oğlanlar və qızlar atletikanın bütün növləri üzrə mübarizə aparacaqlar. Yarışlarda Azərbaycanın paytaxt klubları ilə yanaşı, regionlardan idmançılar da təmsil olunacaqlar.