Beynəlxalq turnirdə uğurla çıxış edən stolüstü tennisçilərimiz mükafatlandırıldılar

Beynəlxalq turnirdə uğurla çıxış edən stolüstü tennisçilərimiz mükafatlandırıldılar

Tbilisidə keçirilən stolüstü tennis üzrə “WTT YOUTH CONTENDER” turnirində uğurla çıxış edən yeniyetmə idmançılar mükafatlandırılıblar. Oktyabrın 1-də Azərbaycan Stolüstü Tennis Federasiyasının ofisində təşkil olunan tədbirdə seçmə komandanın üzvləri və məşqçiləri, federasiyanın vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova iştirak ediblər. 
İdmançıları və məşqçiləri təbrik edən federasiya rəsmiləri onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıblar.
Tbilisi turnirində etimadı doğruldan stolüstü tennisçilərə və seçmə komandanın məşqçilər heyətinə hədiyyə və pul mükafatı təqdim olunub.
Xatırladaq ki, Gürcüstan paytaxtında keçirilən beynəlxalq yarışda Yağmur Məmmədli 1-ci, Mərziyyə Nurmətova 2-ci, Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutublar.