Atletimiz Avropa Kubonunda dördüncü oldu

Atletimiz Avropa Kubonunda dördüncü oldu

Portuqaliyanın Leiria şəhərində atletika üzrə Avropa Kuboku keçirilib. Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən atletimiz Anna Skidan çəkicatma yarışında 4-cü yeri tutub. 31 yaşlı idmançımız 70.43 m nəticə göstərib. Bu növdə ümumilikdə 26 atlet çıxış edib.

Xatırladaq ki, Anna Skidan Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı 2023-cü ildə qazanıb.