Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyun günündə azarkeşlər 6 qarşılaşma izləyiblər. Azərbaycan təmsilçisi "Qarabağ" Portuqliyada "Benfika"ya 3:2 hesabı ilə qalib gəlib. Günün digər oyunlarında Madrid "Real"ı Mbappenin penalfidən vurduğu qollar sayəsində doğma meydanda Fransa təmsilçisi "Marsel"ə 2:1 hesabı ilə qalib gəlib. "Arsenal" səfərdə İspaniyanın "Atletik" klubunu 2:0, Belçika təmsilçisi "Union" isə Niderlandda PSV komandası üzərində 3:1 hesablı qələbə qazanıb. Avropa Liqasının ötənilki qalibi "Tottenhem" doğma meydanda İspaniyanın "Vilyareal" klubuna minimal hesabla qalib gəlib -1:0. Günün digər maraqlı oyunu isə Turində baş tutub. "Yuventus" komandası öz meydanında Almaniyanın "Borussiya" komandası ilə oyunda məhsuldar heç-heçəyə razılaşıb -4:4.
Qeyd edək ki, mərhələnin digər oyunları sentyabrın 17-də baş tutacaq.
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
