Bakıda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının yekunundan sonra turnirin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Tədbir "Bayıl Arena"da təşkil olunub. Mərasimdə Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, C qrupunda mübarizə aparan ölkə təmsilçilərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
Niderlanddan Eddi Neqers turnirin ən yaxşı qapıçısı, Azərbaycan millisindən Sənan Hacıyev C qrupunun ən yaxşı futbolçusu, Ukraynadan Dmitro Şeheleski ən yaxşı gənc oyunçu seçilib.
Turnirin bombardiri olan İsrail yığmasının üzvü Ben Mamana xüsusi hədiyyə verilib.
Son olaraq C qrupunu 9 xalla birinci sırada başa vuran Ukrayna yığmasına kubok və qızıl medal təqdim olunub. 8 xalla ikinci olan İsrail seçməsi gümüş, 7 xala malik Azərbaycan millisi isə bürünc mükafatla təltif edilib.
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
