Astara Pedaqoji Kollecində şəhid Vüsal Kazımovun xatirəsini şahmat yarışı keçirilib.
Yarış gənclərin intellektual inkişafına töhfə verməklə yanaşı, həm də onlarda vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və Vətən yolunda canından keçib tarix yazan hər bir şəhidin xatirəsinə sədaqət hissinin formalaşdırılmasına xidmət edib.
Həmçinin iki gündə şahmat lövhəsi üzərində aparılan hər bir mübarizə, zəfər şəhidi Vüsal Kazımovun göstərdiyi iradə, qətiyyət və Vətən sevgisinin rəmzi kimi dəyərləndirilir, bu cür tədbirlər gənc nəslin milli ruhda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.


