Beynəlxalq İdman Federasiyaları
BOK
12.03.2013, 17:10
Olimpiya Xartiyasına müvafiq olaraq Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Hərəkatının inkişafı və təbliğinə kömək məqsədi ilə idmanının bir və ya bir neçə növlərini idarə və inkişaf etdirən və bu növlər üzrə rəhbərliyi milli səviyyədə həyata keçirən təşkilatlar da daxil olmaqla Beynəlxalq İdman Federasiyalarını (BİF) təsdiq edir. Beynəlxalq idman federasiyaları qeyri-dövlət idman təşkilatıdır və müstəqil fəaliyyətə malikdir.
İlk qaranquş
Beynəlxalq Olimpiya Komitəsinin yaranmasından əvvəl Olimpiya idman növləri üzrə fəaliyyət göstərən bir neçə beynəlxalq federasiya olub. XX əsrin əvvəllərində keçirilən beynəlxalq idman tədbirləri yarışların vahid qayda və normalar əsasında aparılmasını ölkələrarası beynəlxalq idman əlaqələrinin inkişafında vacib amil olduğunu bir daha sübut etdi. Bu səbəb müxtəlif idman növləri üzrə beynəlxalq idman birliklərinin yaranmasına təkan verdi. Bu işdə ilk qaranquş 1881-ci ildə yaradılan Beynəlxalq Gimnastika federasiyası oldu.
Olimpiya Hərəkatının rəhbər orqanı olan Beynəlxalq Olimpiya komitəsinin yaranması və müasir Olimpiya oyunlarının müntəzəm keçirilməsi beynəlxalq idman federasiyalarının əsaslı təşkilinə stimul verdi. 1900-1908-ci illərdə yeddi beynəlxalq federasiya qeydiyyatdan keçdi. Bunlar Beynəlxalq Velosipedçilər İttifaqı (1900), Beynəlxalq Futbol Federasiyası (1904), Beynəlxalq Avtomobil idmanı Federasiyası (1904), Beynəlxalq Atıcılıq İdman İttifaqı (1907) və başqaları idi.
Təcrübə səmərəli oldu
İdmanının müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının təşkili və keçirilməsi prosesinə rəhbərlik vahid idman qaydaları və şərtlərinə əsaslanan beynəlxalq idman federasiyalarının öhdəsinə düşdü. Bu işdə beynəlxalq federasiyaların təcrübəsi tədricən artırdı. 1891-ci ildə Hamburq şəhərində fiqurlu konkisürmə üzrə keçirilən Avropa birinciliyi uğrunda yarışların yüksək səviyyədə təşkil edilməsi BİF-lərin uğurlu fəaliyyətindən söhbət açırdı. 1892-ci ildə Vyanada Avropa, 1893-cü ildə isə Amsterdamda sürətli konki yarışları üzrə dünya birinciliyi də idman həvəskarlarının böyük marağına səbəb oldu. Bu sahədə uğurlu addım atan növbəti federasiyalardan biri də Beynəlxalq Gimnastika Federasiyası (FİG) oldu. FİG 1903-cü ildə dünya birinciliyi uğrunda çempionatın yüksək səviyyəli təşkilini təmin edə bildi.
Ədalətli qərar
Beynəlxalq idman federasiyaları əvvəllər Olimpiya oyunlarının təşkili, yarışların proqramı, qaydalar və münsiflər kollegiyasının işində iştirak etmək hüqüquna malik deyildilər. Bu məsələlərin həlli üçün məsuliyyət Olimpiya oyunlarını həyata keçirən ölkələrdə fəaliyyət göstərən idman təşkilatlarının üzərinə düşürdu. 1908-ci ildə Londonda keçirilən IV Olimpiya Oyunlarında ABŞ və İngiltərə nümayəndələri arasında yaranan fikir ayrılığından sonra BOK-un üzvlərinin əksəriyyəti milli idman qurumlarını Olimpiya oyunlarının proqramı və iştirakçıların seçilməsi ilə bağlı səlahiyyətlərdən azad edilməsi barədə razılığa gəldi. Beynəlxalq Olimpiya Komitəsi 1914-ci ildə Paris şəhərində Olimpiya oyunlarının proqramına daxil olan müvafiq idman növləri üzrə nəzarət hüququnun idman federasiyalarına verilməsi haqda ədalətli qərar qəbul etdi. Hazırda dünyada fəaliyyət göstərən 80-ə yaxın Beynəlxalq İdman Federasiyasından 31-i Olimpiya idmanı federasiyalarıdır.
Yay Olimpiya idman növləri üzrə
Beynəlxalq Yungul Atletika Federasiyası (İAAF)
Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA)
Beynəlxalq Badminton Federasiyası (İBF)
Beynəlxalq Beysbol Federasiyası (FİBA)
Beynəlxalq Basketbol Federasiyası (FİBA)
Beynəlxalq Həvəskar Boks Assosasiyası (AİBA)
Beynəlxalq Baydarka və Kanoedə Avarçəkmə federasiyası (İKF)
Beynəlxalq Velosipediçilər İttifaqı (USİ)
Beynəlxalq Atçılıq Federasiyası (FEİ)
Beynəlxalq Qılıncoynatma Federasiyası FİE)
Beynəlxalq Futbol Federasiyası (FİFA)
Beynəlxalq Gimnastika Ffederasiyası (FİG)
Beynəlxalq Ağır atletika federasiyası (İVF)
Beynəlxaln Həndbol Federasiyası (İQF)
Beynəlxalq Ot üstündə Hokkey Federasiyası (FİX)
Beynəlxalq Cüdo Federasiyası (FİD)
Beynəlxalq Güləş Federasiyası (FİLA)
Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA)
Beynəlxalq Tennis Federasiyası (İTF)
Beynəlxalq Stolüstü Tennis Federesiyası (İTTF)
Beynəlxalq Atıcılıq İdmanı federasiyası (UİT)
Beynəlxalq Kamandan oxatma federasiyası (FİTA)
Beynəlxalq Voleybol Federasiyası (FİBV)
Beynəlxalq Yelkən idmanı Federasiyası (İYRU)
Beynəlxalq Üzgüçülük Federasiyası
Beynəlxalq Taekvondo Federasiyası
Beynəlxalq Çimərlik Voleybolu Federasiyası
Qış Olimpiya idman növləri üzrə
1. Beynəlxalq Konkisürmə Fedelasiyası (ISU)
2.Beynəlxalq Bobsley Federasiyası (FİBT)
3.Beynəlxalq Hokkey Federasiyası (İİXF)
4.Beynəlxalq Biatlon və Müasir beşnövçülük ittifaqı (UİPMB)
5.Beynəlxalq Kirşə idmanı Federasiyası (FİL)
6. Beynelxalq Kerlinq Federasiyasi (WCF)
7.Beynəlxalq dağ xizəyi idmanı federasiyası (FİS)
Beynəlxalq Olimpiya Komitəsi qış idman növlərinin inkişafını stimullaşdırmaq üçün batutdan tullanma, pilot, kville, skvoş, bouilinq, alpinizm, roliklə konkisürmə, aeronavtika, korfbol, bələdçi, su xizəyi, reketsbol, netbol, triatlon, softbol idman növləri üzrə beynəlxalq federasiyaları qəbul edir. Bu federasiyaların nəzarəti altında olan idman növləri BOK-un dəstəyilə təşkil olunan qitə və regional oyunların proqramına daxil edilir.
Federasiyaların vəzifələri
Olmipiya Xartiyası BİF-nın Olimpiya Hərəkatında rolunu belə xarakterizə edir:
Müvafiq idman növləri üzrə məşğələ qaydalarının yerinə yetirilməsi, işlənib hazırlanması və bu qaydaların həyata keçməsinə nəzarət etmək;
İdmanının dünya səviyyəsində inkişafını təmin etmək;
Olimpiya Xartiyasında əks olunmuş məqsəd və vəzifələrin həyata keçirilməsinə yardım göstərmək;
Olimpiya Xartiyasına müvafiq olaraq Olimpiya oyunlarnıda keçiriləcək yarışlarda iştirak edəcək nümayəndələri müəyyənləşdirmək və onları BOK-un təqdimatına vermək;
BOK-un rəhbərliyi altında həyata keçirilən Olimpiya oyunlarında idmanının özünəməxsus növlərinə nəzarət və rəhbərlik məsuliyyətini öz üzərinə götürmək;
Olimpiya həmrəyliyi proqramı üçün nəzərdə tutulmuş texniki köməyi təmin etmək.
Qərargah Monakoda yerləşir
Hazırda dünyada Olimpiya idman növləri üzrə 35, qeyri-olimpiya idman növləri üzrə 29 BİF fəaliyyət göstərir.
BİF-lər Beynəlxalq Olimpiya sisteminin tərkib hissəsi olmaqla bərabər, eyni zamanda müstəqil idman təşkilatıdır. Beynəlxalq İdman Federasiyalarını birləşdirən Baş Assambleya 1967-ci ildə yaradılıb. 1976-cı ildən bu təşkilat Beynəlxalq İdman Federasiyaları Baş Assosasiyası (GAİSF) adlanır. Təşkilatın ştab-qərargahı Monakoda yerləşir və prezidenti Kim Un Yondur. Assosasiyaının tərkibinə 101 idman federasiyası daxildir.
Bundan başqa yay idman növləri üzrə Beynəlxalq Olimpiya Federasiyaları Assosiyası (ASOİF) və qış idmanı növləri üzrə Beynəlxalq Olimpiya Federasiyları Assosasiyası (AİOWF) idmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətində fəaliyyət göstərən beynəlxalq idman təşkilatlarıdır. 1983-cü ildə yaradılan ASOİF-in 21, AİOWF-in isə 8 üzvü var. Beynəlxalq Olimpiya Komitəsinin tanıdığı beynəlxalq idman federasiyalarını birləşdirən Beynəlxalq Federasiyalar Assosasiyasının (ARİSF) tərkibinə isə 29 federasiya daxildir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Bugün, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
Bugün, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
Bugün, 13:19 Futbol
-
Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
Bugün, 12:37 Olimpiya dünyası
-
Bu gün "El-Klasiko" var
Bugün, 11:47 Futbol
-
Messidən daha 1 qol və 2 məhsuldar ötürmə
Bugün, 10:00 Futbol
-
"Böyük Dəbilqə" son gün: Üç cüdoçumuz tatamiyə çıxacaq
Bugün, 09:10 Cüdo
-
Bu gün"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı başlayır
Bugün, 09:05 Velosiped
-
Misli Premyer Liqası: Tura iki oyunla yekun vurulacaq
Bugün, 08:21 Futbol
-
Türkiyə Superliqasının çempionları
Bugün, 02:07 Futbol
-
Ümummilli lider Heydər Əliyevin vətənpərvərlik görüşləri
Bugün, 01:28 Olimpiya dünyası
-
Birinci vitse-prezident Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Bugün, 00:21 Gündəm
-
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı paylaşım edib
Bugün, 00:15 Gündəm
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Bugün, 00:05 Gündəm
-
“Vinisiusla razılaşma vardı, amma "Real" daha yaxşı təklif etdi”
09.05.2026, 23:39 Futbol
-
"Qalatasaray" 26-cı çempionluğunu rəsmiləşdirdi
09.05.2026, 23:36 Futbol
-
“Şəhərlilər”dən inamlı qələbə: "Arsenal" ilə fərq 2 xala endi
09.05.2026, 23:01 Futbol
-
Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində mövqeyini yaxşılaşdırdı
09.05.2026, 22:54 Futbol
-
Qurban Qurbanov verilən cəzalardan danışdı
09.05.2026, 22:30 Futbol
-
"Enfild"də sülh
09.05.2026, 20:40 Futbol
-
Avropa Kubokunun ilk günündə 5 medal
09.05.2026, 20:28 Cüdo
-
"Qarabağ" Qəbələ səfərindən bir xalla qayıdır
09.05.2026, 19:30 Futbol
-
Sabah Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına start verilir
09.05.2026, 19:15 Velosiped
-
Karateçimiz Avropa çempionu oldu
09.05.2026, 18:58 Əlbəyaxa döyüş növləri
-
Hans-Diter Flik: "Bunun yalnız “Real"a xas olduğunu düşünmürəm"
09.05.2026, 18:26 Futbol
-
"Real"ın baş məşqçisi: "Bu davada günah mənim idi"
09.05.2026, 18:07 Futbol
-
Cüdoçumuz bürünc medalı əldən verdi
09.05.2026, 17:23 Cüdo
-
"Böyük Dəbilqə": Cüdoçumuz üçün bürünc medal şansı
09.05.2026, 15:58 Cüdo
-
Şimali Koreya Pekin-2022-dən imtina etdi
09.05.2026, 15:45 Olimpiya oyunları
-
“Sabah”ın baş məşqçisi Azərbaycan Kubokunda tarixə düşdü
09.05.2026, 15:44 Futbol
-
Bakı-Xankəndi yarışı növbəti illərdə Kəlbəcərdə də keçirilə bilər
09.05.2026, 15:16 Velosiped
-
Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu açıqlandı
09.05.2026, 15:04 Velosiped
-
PSJ yeni ev formasını təqdim etdi
09.05.2026, 14:41 Futbol
-
Almaniyalı yarımmüdafiəçi “Milan”a keçə bilər
09.05.2026, 14:33 Futbol