Türkiyə Superliqasının çempionları 

Türkiyə Superliqasının çempionları 

Futbol

Bugün, 02:07

"Qalatasaray" klubu ötən gün "Antalyaspor" üzərində 4:2 hesablı qələbədən sonra Superliqada ardıcıl dördüncü çempionluğunu bayram edib.

Olimpnews.az xəbər verir ki, bu, "Qalatasaray"ın ümumilikdə qazandığı 26-cı çempionluq kimi də əlamətdar olub. Bəs görəsən, "cimbom"dan savayı, bu liqanın ən çox qalibi olmuş klub hansıdır. Tarixə nəzər salsaq, "Qalatasaray"ın 26 çempionluqla zirvədə qərarlaşdığını görmək olar. Çempionluq sayına görə ikinci pillədə digər İstanbul nəhəngi "Fənərbağça" dayanır. Sonuncu dəfə bu titula 12 il əvvəl - 2014-cü ildə sahib çıxan “sarı-lacivərdlilər” Türkiyə Superliqasında 19 dəfə kuboka layiq görülüb. 

İlk “üçlüy”ü isə 16 çempionluq yaşayan "Beşiktaş" tamamlayır. İstanbulun digər nəhəng klubu uzun illərdir Türkiyə futbolunun aparıcı komandalarından biri hesab olunur.

Qara dəniz bölgəsinin ən titullu klubu olan "Trabzonspor" isə Superliqada 7 dəfə çempionluq sevinci yaşayıb. Trabzon təmsilçisi İstanbul klublarının hegemonluğunu qıran ilk Anadolu komandası kimi tarixə düşüb.

Türkiyə Superliqasında bir dəfə çempion olmağı bacaran digər klublar isə "İstanbul Başakşəhər" və "Bursaspor"dur. Hər iki komanda ölkə futbol tarixində yaddaqalan uğura imza ataraq adlarını çempionlar sırasına yazdırıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR