Messidən daha 1 qol və 2 məhsuldar ötürmə

Messidən daha 1 qol və 2 məhsuldar ötürmə

Futbol

Bugün, 10:00

ABŞ MLS çempionatında 34-cü tur çərçivəsində "Toronto" klubu doğma meydanda "Inter Mayami" komandası üz-üzə gəlib.

Olimpnews.az xəbər verir ki, bol qollu və maraqlı mübarizə şəraitində keçən qarşılaşma qonaqların 2:4 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə əsas diqqət mərkəzində yenə də argentinalı superulduz Lionel Messi olub. Təcrübəli futbolçu 1 qol və 2 məhsuldar ötürmə ilə komandasının qələbəsində həlledici rol oynayıb. Matçda hesabı 44-cü dəqiqədə argentinalı yarımmüdafiəçi Rodriqo De Paul açıb. İkinci hissədə isə Luis Suarez Messinin ötürməsindən sonra fərqlənərək üstünlüyü artırıb. 73-cü dəqiqədə ispan müdafiəçi Serxio Reguilon də Messinin ötürməsini qola çevirib.

Cəmi iki dəqiqə sonra isə Messi özü adını tabloya yazdırıb. Argentinalı ulduz Rodriqo De Paulun ötürməsindən sonra fərqlənərək hesabı 4:0 edib.

Oyunun sonlarında meydan sahibləri Emilio Aristizabalın dublu ilə fərqi azaltmağa çalışsalar da, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.

Bu qarşılaşma Lionel Messi üçün tarixi göstərici ilə də yadda qalıb. Belə ki, argentinalı futbolçu MLS tarixində 100 qol iştirakına ən sürətli çatan oyunçu olub. O, bu göstəriciyə cəmi 64 oyunda nail olaraq italiyalı sabiq futbolçu Sebastian Covinkonun rekordunu geridə qoyub.

Messinin MLS karyerasındakı statistikası hazırda 59 qol və 41 məhsuldar ötürmədən ibarətdir. Dünya futbolunun canlı əfsanəsinin ümumi karyera göstəriciləri isə 907 qol və 410 məhsuldar ötürmə təşkil edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR