Rəşad Rəsullu: “Əsas hədəflərimiz Bakıda keçiriləcək dünya çempionatı və Los-Anceles-2028 Olimpiya Oyunlarıdır” - MÜSAHİBƏ
Müsahibə
08.12.2025, 14:14
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Olimpnews.az saytına müsahibə verib. O, başa çatan ölkə çempionatı ilə bağlı danışıb. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Rəşad müəllim, üç gün davam edən Azərbaycan çempionatını ümumilikdə necə dəyərləndirirsiniz?
- Çempionat ərzində olduqca maraqlı və gərgin qarşılaşmalar izlədik. Xüsusilə final bloklarında zalların dolu olması yarışlara olan böyük marağın göstəricisi idi. Son gündə keçirilən komanda yarışları isə əsl mübarizə ruhunda keçdi. Ümumilikdə bizi ən çox sevindirən amil sağlam rəqabətin olmasıdır. İdmançılar maksimum səylə çıxış etdilər və öz bacarıqlarını nümayiş etdirməyə çalışdılar. Milli komandaya seçilən idmançılar üçün qarşıda təlim-məşq toplanışları və beynəlxalq yarışlarda özlərini göstərmək imkanı yaradılır. Artıq hər şey onların əzmkarlığından asılıdır. Gələn il Bakıda keçiriləcək dünya çempionatı və Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə də məhz bu mərhələdən başlayır. Ümid edirik ki, bu yol onlar üçün uğurlu olacaq.
- Cüdoçularımız 2025-ci ildə 253 medal qazandılar. Bu nəticəni qənaətbəxş hesab etmək olarmı?
- Düzünü desəm, bu nəticə bəzən qane edir, bəzən isə yox. Medal sayını bir kənara qoysaq, bizi xüsusilə sevindirən məqam böyüklər arasında qarışıq komanda yarışlarında iki dəfə qızıl medal qazanmağımız oldu. Xüsusilə də VI İslam Həmrəyliyi Oyunlarının cüdo üzrə qarışıq komanda yarışlarının finalında çox güclü Özbəkistan komandasına qalib gələrək çempion olduq. Doğrudur, əsas nəticələr tam olaraq gözlədiyimiz səviyyədə olmadı. Lakin ümumi mənzərəyə nəzər saldıqda görürük ki, 2025-ci il Azərbaycan cüdosu üçün artan templə davam edən bir il olub. Əsas hədəflərimiz Bakıda keçiriləcək dünya çempionatı və Los-Anceles-2028 Olimpiya Oyunlarıdır. Əminəm ki, bu gün görülən işlərin real nəticəsini məhz həmin mötəbər yarışlarda nümayiş etdirəcəyik.
- Rəşad müəllim, Azərbaycan çempionatında Olimpiya çempionlarımızın və əsas heyət üzvlərinin iştirak etməməsinin səbəbi nə ilə bağlı idi?
- Yalnız Olimpiya çempionlarımız deyil, ümumiyyətlə, milli komandanın bir sıra əsas üzvləri bu yarışda iştirak etmirdi. Əhməd Yusifov, Rəşid Məmmədəliyev, Elcan Hacıyev və Ruslan Paşayev də çempionatda çıxış etməyən idmançılar sırasında idi. Bunun obyektiv səbəbləri var idi. Bəzi idmançılar zədə səbəbindən yarışdan kənarda qaldı, bəziləri isə zədədən sonra tam forma yığa bilmədiyi üçün riskə getmədik. Bundan əlavə, son dövrlərdə keçirilən yarışlar onların fiziki baxımdan həddindən artıq yüklənməsinə səbəb olmuşdu. Məhz bu səbəbdən milli komandanın baş məşqçiləri həmin idmançıların Azərbaycan çempionatında iştirak etməməsinə qərar verdilər.
- Elmar Qasımov yenidən Azərbaycan çempionu oldu. Olimpiya mükafatçımızın milli komandadakı gələcək perspektivləri ilə bağlı nə deyə bilərsiniz?
- Elmar Qasımov hazırda milli komandanın üzvüdür. O, əvvəl karyerasını başa vurduğunu elan etmişdi. Lakin ötən il keçirilən Azərbaycan çempionatında iştirak edərək yenidən tatamiyə qayıtdı və çempion oldu. 2024-cü il ərzində Elmar dörd beynəlxalq turnirdə - Tbilisidə “Böyük Dəbilqə”, Qoridə Avropa Kuboku, Praqada açıq Avropa çempionatı və Aktauda Asiya açıq çempionatında çıxış edib. Elmarın artıq 35 yaşı var və böyük təcrübəyə malikdir. Onun çəki dərəcəsində əsas rəqabət apardığı idmançı isə Olimpiya çempionumuz Zelim Kotsoyevdir. Bu baxımdan hər şey birbaşa Elmarın öz hazırlığından və əzmkarlığından asılıdır. Əsas məqam odur ki, məşqlərdə davamlı iştirak edir və intizamlı şəkildə çalışır. Milli komandanın məşqçilər heyəti ona bundan sonra da yarışlarda iştirak etməsi üçün şans verəcək. İndi əsas məsələ həmin şansdan necə istifadə etməsidir.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
Bugün, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol