Qadın təmsilçimiz bu gün olimpiadada mübarizəyə başlayır

Qadın təmsilçimiz bu gün olimpiadada mübarizəyə başlayır

Bu gün Pekin-2022 Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edən fiqurlu konkisürənimiz Yekaterina Ryabova mübarizəyə başlayacaq. Təmsilçimiz  püşkə əsasən buz üzərinə 24-cü sırada çıxacaq. Siyahıda ümumilikdə 30 idmançı yer alıb. 19 yaşlı konkisürənimiz qadınlar arasında qısa proqramla çıxışda ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Həmin gün idmançılar sərbəst proqramla mübarizə aparacaqlar. Yarış “Capital Indoor Stadium”da    keçiriləcək.