Metropolitano ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək 

Metropolitano ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək 

Futbol üzrə UEFA Çempionlar Liqasının final qarşılaşmasının keçiriləcəyi stadionun adına aydınlıq gəlib. 
Olimpnews.az xəbər verir ki, həlledici qarşılaşma İspaniyanın "Atletiko" klubunun ev oyunlarını keçirdiyi "Metropolitano" stadionunda təşkil olunacaq. 
Qeyd edək ki, bu stadion ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin final qarşılaşmasına ev sahibliyi edəcək. "Metropolitano"da daha əvvəl 2018-2019-cu illər mövsümünün final qarşılaşması keçirilmişdi. Həmin oyunda "Liverpul" klubu "Tottenhem"ə 2:0 hesabı ilə qalib gəlmişdi.