Futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz “Qarabağ” da bu gün növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi İspaniyada Bilbao “Atletik”inin qonağı olacaq. “San Mames” stadionunda keçiriləcək oyuna saat 20:45-də start veriləcək. Oyunu xorvatiyalı hakim İqor Payaç idarə edəcək.
Avropada növbəti sınağına çıxan Qurban Qurbanovun komandası ilk turda Portuqaliyada “Benfika”nı 3:2, Bakıda isə Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edib. Hazırda aktivində 6 xalı olan “Köhlən atlar” 10-cu pillədə qərarlaşıb. Bilbao təmsilçisi isə ilk turda İspaniyada “Arsenal”a 0:2, ikinci turda isə Almaniyada “Borussiya Dortmund”a 4:1 hesabı ilə məğlub olub. Hazırda aktivində xal olmayan “basklar” 36 komanda arasında 35-cidir.
"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti sınağına çıxacaq
