U-17 yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib.
Olimpnews.az xəbər verir ki, Beyləqan Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Mingəçevir, Yevlax, İmişli, Sabirabad və Beyləqandan olan 91 cüdoçu mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. Turnirdə 11 çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib. Qaliblər diplom və medallarla təltif olunublar.