Yuksek Liqada XII tura yekun vurulacaq

Yuksek Liqada XII tura yekun vurulacaq

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XII turun oyunlarına yekun vurulacaq.

Olimpnews.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma təşkil olunacaq. Saat 16:00-da "Neftçi" "Murov Az Terminal"la, 18:00-da isə "Ordu" "Xilasedici" ilə qarşılaşacaq. Günün hər iki oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.