Çingiz Hüseynzadə: “İdmançılarımız mübarizə apararaq, bacarıqlarını nümayiş etdirdilər”
Müsahibə
20.11.2025, 22:57
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları artıq sona yaxınlaşır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Ər-Riyadda Olimpnews.az-a müsahibə verib. MOK rəsmisi müsahibəsində Azərbaycan idmançılarının VI İslam Həmrəyliyi Oyunlarındakı nəticələrini dəyərləndirib.
- Çingiz müəllim, VI İslam Həmrəyliyi Oyunları artıq yekunlaşmaq üzrədir. Azərbaycan komandasının çıxışını necə qiymətləndirirsiniz? - Azərbaycan komandasının bu Oyunlardakı nəticələri əvvəlki illərlə müqayisədə zəifdir. Hazırda, İslamiadada medal qazanan ölkələr arasında 10-cu yerdəyik və maksimum 9-cu yeri tuta bilərik. Bu isə ölkəmizin İslam Həmrəyliyi Oyunlarında indiyədək göstərdiyi ən aşağı nəticədir. Bu nəticələr mənə Rio Olimpiadasını xatırladır. O zaman da əldə etdiyimiz 18 medaldan cəmi biri qızıl idi, gümüş medalların sayı isə üstünlük təşkil edirdi. İndi də eyni mənzərəni görürük. İlk üçlükdə qərarlaşan komandalardan sonra ən çox gümüş medal qazanan ölkələrdən biri Azərbaycandır. Qeyd etməliyəm ki, idmançılarımız mübarizə apararaq, bacarıqlarını nümayiş etdirdilər, lakin bəxt amili də mühüm rol oynadı. Komandamızdakı bəzi idmançıların sadəcə şansı gətirmədi. Buna baxmayaraq, parlaq çıxışlar da oldu. Xüsusilə basketbolçu qızlarımızın oyununu vurğulamaq istəyirəm. Cüdo millimiz də komanda hesabında çox inamlı qələbə qazandı. Ümumilikdə 8 qızıl medalımız var və onların 5-ini qadın idmançılarımız qazanıb. Yəni bu yarışda xanım idmançılarımız oğlanlara nisbətən daha yaxşı çıxış etdilər və bu, bizim üçün qürurverici göstəricidir.
- Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq məsələləri barədə nə deyə bilərsiniz? - Müəyyən gecikmələri nəzərə almasaq, digər məsələlər ümumilikdə qaydasındadır. Biz bu Oyunları Bakı-2017 ilə müqayisə etmirik. Çünki paytaxtımızın ev sahibliyi etdiyi yarışların səviyyəsi tamamilə fərqli idi və onu digər ölkələrlə müqayisə etmək doğru olmaz. Ümumilikdə desək, təşkilatçılıq pis deyil. Məndə olan məlumata görə, media nümayəndələri üçün də yaxşı şərait yaradılıb. Əsas narazılıq doğuran nəqliyyat məsələləri isə Oyunlar zamanı operativ şəkildə həll edilir. Bu baxımdan yarışların təşkilini qənaətbəxş hesab etmək olar.
- Növbəti İslamiada Malayziyada keçiriləcək. Bu barədə fikirlərinizi bilmək istərdik. - Növbəti İslam Həmrəyliyi Oyunları Malayziyada, ölkənin dənizkənarı bölgələrindən birində təşkil olunacaq. Malayziya belə tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir, buna görə də düşünürəm ki, təşkilatçılıq səviyyəsi yüksək olacaq. Ümid edirəm ki, həmin Oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik.
- Son illərdə İslam ölkələrində idmanın inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? - İlk İslam Həmrəyliyi Oyunları ilə bu gün keçirilən yarışları müqayisə etdikdə çox ciddi fərqlər görürük. İslam ölkələrində idman dinamik şəkildə inkişaf edir. Məsələn, Səudiyyə Ərəbistanının 9 qızıl medal əldə etməsi, Bəhreyn komandasının uğurlu çıxışı, xüsusilə də onların atletika üzrə yüksək nəticələri bunu açıq şəkildə göstərir. Belə mötəbər yarışlarda ən çox medal məhz atletika və üzgüçülükdə qazanılır. Təəssüf ki, bu iki idman növünün ölkəmizdə istənilən səviyyəyə çatmaması medal qazanan ölkələr arasında tutduğumuz yerə də təsir edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
Bugün, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol